“Azadlıq” radiosu Ermənistan kəşfiyyatına işləyir? | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azadlıq” radiosu Ermənistan kəşfiyyatına işləyir?

17:21 - 23 / 09 / 2020
“Azadlıq” radiosu Ermənistan kəşfiyyatına işləyir?

“Azadlıq” radiosunun əməkdaşlarının təmas xəttinə yaxın Azərbaycan kəndlərində Ermənistan kəşfiyyatı üçün məlumatlar toplamasına əsaslı şübhələr yaranıb.

Belə ki, “Azadlıq” radiosunun fəal döyüşlər zamanı mülki əhalinin sığınması üçün həyətlərdə yaradılan sığınacaqların yerlərinin videokadrlarını göstərməsi, koordinatlarının tapılmasına şərait yaratması, bu barədə silsilə reportajlar təqdim etməsi belə düşünməyə əsas verir.

Kadrlardan göründüyü kimi, sözügedən radionun qoşunların təmas xəttinə yaxın məntəqələrin birindən hazırladığı reportajda əhali üçün sığınacaqların qazılmasından bəhs olunur və həmin sığınacaqların görüntüsü verilir.

(Xronometraj: 07:24)

“Azadlıq” radiosunun xəbər buraxılışlarında açıq şəkildə qərəz, tərəf tutma,  jurnalistika baxımından bilərəkdən qeyri-peşəkarlıq nümayiş etdirməsinə daha bir misal. Sentyabrın 20-də Ermənistana məxsus taktiki PUA-nın məhv edilməsi xəbərini elə təqdim edir ki, sanki Azərbaycan tərəfi Ermənistan ərazisinə hücum edərək orada gərginlik yaradıb. Təqdim olunan məlumatda Ermənistan PUA-sının məhz Azərbaycan ərazisində vurulduğu isə deyilmir.

(Xronometraj: 0:08)

“Azadlıq” radiosunun reportajları sosial şəbəkə istifadəçiləri tərəfindən də böyük narazılıqla qarşılanıb. İstifadəçilərin bir çoxu sözügedən radionu dövlət sirrini yaymaqda ittiham ediblər. Həmin şərhlərdən bir neçəsini təqdim edirik.

Göründüyü kimi, sözügedən kadrlar birbaşa düşmənin maraqlarına xidmət edir. Buna görə də “Azadlıq” radiosunun, o cümlədən “Meydan TV”nin Azərbaycanda rəsmi akkreditasiyadan keçmədən “free-lancer” əməkdaşlar vasitəsilə qeyri-qanuni fəaliyyəti, Ermənistan kəşfiyyatına casusluq xidmətləri barədə ciddi ölçü götürülməlidir.

Azərbaycan dövləti xarici media qurumlarının ölkədə qanuna zidd fəaliyyətinə hüquqi qiymət verməli, onlar hüququn imkan verdiyi ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki unutmaq olmaz ki. müharibə şəraitində yaşayırıq, buna görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, xüsusən də cəbhə bölgəsindən xəbər verərkən maksimum diqqətli olmalıyıq.

Xatırladaq ki, Müdafiə Nazirliyi dəfələrlə ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə müraciə edərək Silahlı Qüvvələr haqqında məlumatlar yayarkən və cəbhə bölgəsindən reportajlar hazırlayarkən dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edib. Buna baxmayaraq, görünür vəziyyət bu gün də dəyişməz olaraq qalır.

Bunun nəticəsində isə əksər hallarda düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə Silahlı Qüvvələrimiz (komandanlıq, şəxsi heyət, hərbi hissələrin yerləri və s.), o cümlədən cəbhə bölgəsinə yaxın məntəqələrimiz haqqında məlumatları heç bir çətinlik çəkmədən toplamaq imkanı əldə edir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində sözügedən məsələyə toxunub. O, bildirib ki, ölkəmizin sosial şəbəkə seqmentində bəzi davranış və ifadə tərzi, qeyri-peşəkar və məsuliyyətsiz şərhlər, saxta və yalan məlumatların yayılması tezliyi və intensivliyi, ordunun fəaliyyəti haqqında paylaşımlar ciddi narahatlıq doğurur:

“Birmənalı şəkildə başa düşülməlidir ki, hər hansı fərdin sosial şəbəkələrdə paylaşdığı məlumat və ya xəbər yoxlanılmamış, yanlış, qərəzli və təhrikçi ola bilər. Bəzən iş o həddə çatır ki, peşəkar media araşdırmadan sosial şəbəkədə yayılmış xəbərə istinad edir.  

Qeyd olunanlar sosial şəbəkələrin müsbət tərəflərini inkar etmir. Bu problem bütün dünyada mövcuddur. İlk növbədə, ölkə ictimaiyyətində, xüsusilə gənclər arasında sosial şəbəkə maarifləndirilməsinin artırılmasına ehtiyac var. Bu da onlarda sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün intellektual immuniteti artıra bilər.

Sosial şəbəkələri təsis edən böyük şirkətlər də öz məsuliyyətlərini başa düşməli və yalnız müəyyən etdikləri süni intellektin imkanları daxilində bu problemə baxmamalı, sosial şəbəkələrdə cərəyan edən neqativ tendensiyalara qarşı effektiv tənzimləyici mexanizmlər təqdim etməlidirlər”.

1news.az

 

Paylaş:
1115

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər