“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan həkim həbs olundu? - RƏSMİ - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan həkim həbs olundu? - RƏSMİ - YENİLƏNİB

12:20 - 24 / 02 / 2020
“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan həkim həbs olundu? - RƏSMİ - YENİLƏNİB

Sosial şəbəkələrdə Bakıda Mərkəzi Klinik Xəstəxanada koronavirusla bağlı xəstələrin olması ilə bağlı şayiələr yayanlara qarşı tədbirlər görülür.

1news.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin səs yazıları yayan şəxslərlə bağlı araşdırmalar aparılır: "Sözsüz ki, bu məsələ cəmiyyətin həssas nöqtəsi olduğu üçün bütün qurumlar bununla bağlı ciddi tədbirlər görür. Bu məsələ ilə bağlı kimlərinsə şayiə xarakterli məlumat yayması, əhali arasında vahimə yaratması da yolverilməzdir. Bununla əlaqədar lazımi profilaktik tədbirlər həyata keçirilir. Hələlik bu məsələ ilə bağlı saxlanılan yoxdur".

Qeyd edək ki, bəzi xəbər saytlarında “Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan şəxsin həbs olunduğu bildirilib. Yayılan xəbərlərdə həmin şəxsin həkim olduğu, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanasında saxlanıldığı qeyd olunub.

11:37

“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan şəxs həbs olunub. 

1news.az haqqın.az-a istinadla xəbər verir ki, xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib.

Məhkəmə qərar çıxarıb və saxlanılan şəxs həbs edilib.

Həbs olunan həkim Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanasında saxlanılır.

1news.az 

Paylaş:
2961

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər