Azərbaycanda möhtəşəm stadion inşa ediləcək - FOTO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanda möhtəşəm stadion inşa ediləcək - FOTO

13:10 - 06 / 08 / 2020
Azərbaycanda möhtəşəm stadion inşa ediləcək - FOTO

Dünya stadion tikililərində ilk dəfə olaraq Sumqayıt stadionunun qarşısında nerj materialdan hazırlanmış iki futbolçunun mücadilə formatlı heykəli-hərəkətli fəvvarə kompleksi ucaldılacaq.

1news.az xəbər verir ki, bunu Trend-ə stadionun yeni dizayn tərtibat layihəsinin memarı Cahid Həsənov deyib.

Onun sözlərinə görə, bu heykəlin ətrafında hərəkətli fəvvarə inşa olunacaq. Bu fəvvarələr dünya futbolunda məhşur "Meksika dalğası" (yəni azərkeşlərin çiyin-çiyinə verərək yaratdığı dalğa) rolunu oynayacaq.

C.Həsənov əlavə edib ki, dünya stadion tikililərində bir yenilik olan Sumqayıt stadionunun yeni dizaynı modern üslubda olmaqla şəhər memarlığına böyük töhvə verəcək:

“Stadionun ərazisində müxtəlif idman istiqamətləri üzrə 6 heykəl-konstruksiya da quraşdırılacaq. Bu da stadionun təkcə futbol oyunlarının deyil, müxtəlif idman yarışlarının keçiriləcəyi bir məkan olacağına işarədir”.

C.Həsənov artıq yeni stadionun tikintisi üçün betontökmə işlərinə başlanıldığını, stadionun gələn il ərzində təhvil veriləcəyini də açıqlayıb.

1news.az

Paylaş:
844

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər