“Sədərək”də 60 dükan yanıb, zəhərlənənlər var - VİDEO - FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sədərək”də 60 dükan yanıb, zəhərlənənlər var - VİDEO - FOTO – YENİLƏNİB

10:19 - 18 / 02 / 2020
“Sədərək”də 60 dükan yanıb, zəhərlənənlər var - VİDEO - FOTO – YENİLƏNİB

"Sədərək" ticarət mərkəzində baş verən yanğın söndürülüb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veriblər.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, yanğında beş nəfər tüstüdən zəhərlənib, bir nəfər isə yüngül xəsarət alıb.

Yanğınla əlaqədar əraziyə 5 tibbi briqada cəlb edilib: "Hadisə nəticəsində 9 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".

Onlardan ikisi 160 kvadratmetrlik ayaqqabı mağazalarıdır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın  baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

09:23

Bakıda ticarət mərkəzində yanğın baş verib. 

1news.az-ın məlumatına görə, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlayan yanğın qısa müddətdə mağazalara keçib. 

Hadisə yerinə FHN-in yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. 

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

O, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.

 

1news.az

Paylaş:
617

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər