Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq

21:56 - 31 / 10 / 2020
Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın məşhur “TV9” kanalı və” Navbharat Times” informasiya agentliyinə iki müsahibəsində Hindistan ictimaiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələr barədə məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, E.Əmirbəyov, sentyabrın 27-də Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayan və döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyinin atəşkəs və münaqişənin sülh yolu ilə həlli axtarışında qətiyyən maraqlı olmadığını qeyd edib. E.Əmirbəyov, təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş bölgəsindən uzaq şəhərlərdə və kəndlərdə yaşayan Azərbaycanın mülki əhalisini raket və artilleriya atəşinə tutma cinayətkar təcrübəsini davam etdirən qeyri-insani davranışlarına toxunub.

Səssiz beynəlxalq ictimaiyyət tərəfindən cəzasız qaldığından sui-istifadə edərək, Ermənistan rəhbərliyi və işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı cinayətkar marionet rejimi, hərbi əməliyyatlar bərpa olunduqdan sonra 91 dinc Azərbaycan vətəndaşının ölümü və 400-dən çoxunun müxtəlif dərəcəli ağır yaralanması ilə nəticələnən hərbi cinayətlər, terror aktları və insanlığa qarşı cinayətlər törətməyə davam edir. E.Əmirbəyov vurğulayıb ki, “Smerç” yaylım atəşli raket sistemlərindən Bərdə və Tərtərin mülki əhalisinə raket zərbələri endirərkən, erməni tərəfi beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş kaset bombalardan istifadə edib, bu fakt Azərbaycan tərəfindən məlumatların toplanması və bütün hərbi cinayətlərin və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının pozuntularının qeydə alınması üçün dəvət edilmiş “Amnesty International” və “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən təsdiqlənib. Birinci vitse-prezidentin köməkçisi, həmçinin Ermənistanın Bərdə, Tərtər və Goranboya raket hücumlarının ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təşkil olunan iki ölkənin xarici işlər nazirlərinin Cenevrədəki görüşü ərəfəsində baş verdiyini və bunun təcavüzkar ölkənin həyasız riyakarlığını və xainliyini bir daha təsdiq etdiyini bildirib.

“Ermənistan baş naziri Paşinyanın məntiqsiz, gözlənilməz və bu səbəbdən də təhlükəli davranışı dinc mülki əhali də daxil olmaqla hər gün daha çox qurbanlara səbəb olur. Bu baxımdan beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana təcavüzünün dayandırılmasına yönəlmiş səmərəli addımların mövcud olmaması halında, Bakının Ermənistanı sülhə məcbur etmək və əzəli Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün sentyabrın 27-si əks hücum çərçivəsində başlayan əməliyyatı ən qısa müddətdə başa çatdırmaq xaricində başqa yolu yoxdur”, - deyə, E.Əmirbəyov sözünə yekun vurub.

S.Xankişiyeva

 

Paylaş:
452

Son xəbərlər

Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43
Bütün xəbərlər