Türkiyə Prezidenti Xankəndinə gəlir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Prezidenti Xankəndinə gəlir

Qafar Ağayev12:42 - Bu gün
Türkiyə Prezidenti Xankəndinə gəlir

Azərbaycan Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, 4 iyul 2025-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilatda islahatlar kimi məsələlər müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti sammitdə çıxış edəcək, liderlərlə görüşlər keçirəcək.

Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, ŞKTC də daxil olmaqla müşahidəçilər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Paylaş:
217

Son xəbərlər

Bütün xəbərlər