1news.az

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - FOTO

21 Oktyabr saat 15:12 ~ 1 dəqiqəlik oxu 1260
Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən Qarabağda gedən döyüşlərdə ard-arda məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi rəsmən geri çəkildiklərini xalqa etiraf edib.

Ötən gün Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovannisyan mətbuat konfransı keçirərək Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyünün olduğunu, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə edildiyini bildirib.

Bununla belə Ovannisyanla birgə tədbirə qatılan, ayağnda tərlik olan hərbçi də diqqət çəkib.  

MN rəsmisi onun yaralı hərbçi kimi təqdim etsə də, üzündən olduqca yorğun və bitkin görünən həmin şəxsin məcbur konfransa gətirilərək “yenilməz” Ermənistan ordusunun siması kimi danışdırılması düşmən tərəfinin nə qədər rəzil durumda olduğunu bir daha əyani göstərmiş olub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net