1news.az

İlk dəfə dron vasitəsilə dərmanlar müştəriyə çatdırılıb

15 Noyabr saat 16:05 ~ 1 dəqiqəlik oxu 84
İlk dəfə dron vasitəsilə dərmanlar müştəriyə çatdırılıb

"UPS Flight Forward" çatdırılma xidmətinin törəmə pilotsuz təyyarənin köməyi ilə resept üzrə dərmanları birbaşa müştərinin evinə çatdırıb. Çatdırma "CVS" apteki ilə əməkdaşlıq çərçivəsində, həmçinin pilotsuz uçan aparatlar üzrə ixtisaslaşmış "Matternet" logistik şirkəti ilə birgə həyata keçirilib.

1news.az bizplus.az-a istinadən bildirir ki, uçuş avtonom şəkildə, amma operatorun müşahidəsi altında həyata keçirilib. Şirkət ümid edir ki, gələcəkdə belə pilotsuz uçan aparatlar məhdud fiziki imkanlı müştərilərin dərman vasitələri əldə etməsini asanlaşdıracaq.

Pilotsuz təyyarələrin köməyi ilə çatdırılma prosesinin zəif inkişafı əsasən şirkətlərə operatorun birbaşa görünüşündən kənarda və ya Federal Aviasiya İdarəsinin lazımi icazəsi olmadan gecə vaxtı uçmağa imkan verməyən tənzimləmə məsələləri ilə bağlıdır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net