İnsan Resursları mütəxəssisləri Bakıda bir araya gəldilər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnsan Resursları mütəxəssisləri Bakıda bir araya gəldilər – FOTO

10:20 - 15 / 11 / 2019
İnsan Resursları mütəxəssisləri Bakıda bir araya gəldilər – FOTO

Noyabrın 15-də Bakıda "Opalus Partners Group" şirkətinin təşkilatçılığı ilə "HR Meetup" tədbiri keçirilib.

1news.az-ın məlumatına görə, silsilə şəkilində keçirilməsi planlaşdırılan "HR Meetup" görüşlərinin əsas məqsədi İnsan Resursları mütəxəssislərini bir araya toplamaq, bu sahədə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq, ayrı-ayrı şirkətlərdə tətbiq edilən İR alətləri ilə tanış olmaqdır.

Tədbirin əsas mövzusu İR və rəqəmsallaşma olub. Spikerlər - Mədinə Paşayeva (SOCAR AQS), Sona Abbasova (PAŞA Bank), Faiq Musayev (Expressbank) və Samir Şalbuzov (PRONET) öz İR üzrə təcrübələrini paylaşıblar. Tədbir interaktiv formatı ilə yadda qalıb.

"Opalus Partners Group" tərəfindən növbəti "HR Meetup" tədbiri dekabr ayına planlaşdırır. Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan “Opalus Partners Group” şirkəti İnsan Resursları barədə məsləhətlər almaq və qərarlar qəbul etmək istəyən müəssisələrə xidmət göstərir. Bu, “Opalus Partners Group”a müraciət edən müəssisə və təşkilatlara daha yaxşı, işgüzar qərarlar verməyə və daha yaxşı iş yeri qurmağa imkan verir.

Şirkətin əsas məqsədi öz təcrübəsindən yararlanaraq digər təşkilatlara İR funksiyası startapı, İR strategiyası yaratmağa yardım etmək, əmək haqqının idarə edilməsi, həvəsləndirici amillər planının hazırlanması və digər sahələr üzrə bir sıra korporativ təlimlər keçirməkdir.

1news.az

 

Paylaş:
1527

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər