Kapital Bank UNEC-də “Karyera Günü” keçirib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib – FOTO

10:35 - 23 / 10 / 2019
Kapital Bank UNEC-də “Karyera Günü” keçirib – FOTO

Kapital Bank-ın təşəbbüsü ilə 22 oktyabr 2019-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq Dövlət İqtisad Universitetində (UNEC) tələbə və məzunlar üçün “Karyera Günü” keçirilib.

Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, digər rəhbər əməkdaşlar, İqtisad Universitetinin rektoru Ədalət Muradov, UNEC-in tələbə və məzunları, eləcə də müəllim heyəti iştirak edib.

“Birincilər sırasına sən də qoşul!” devizi altında keçirilən tədbirdə tələbə və məzunların maraqları, hansı sahələrdə karyeralarını qurmaq istədikləri haqqında müzakirələr aparıb. Bundan başqa tədbir çərçivəsində tələbə və məzunların CV-ləri toplanıb və onlar müsahibə mərhələlərində iştirak ediblər.

“Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank bu gün İqtisad Universitetində karyera günü keçirdi. Hazırda Kapital Bank-da olan vakansiyalar, təcrübə proqramları barədə tələbə və məzunlara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bu kimi layihələrə dəstək göstərməklə, biz yüksək potensiala malik kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edirik”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Tədbir çərçivəsində 300-dək CV toplanıb və 30-dan artıq müsahibə keçirilib. Həmçinin “Karyera Günü”ndə “Əmək bazarında trendlər. İşəgötürən bizdən nə gözləyir?” və  “Sosial şəbəkələr və sizin imiciniz” mövzularında təlim modulları keçirilib. Hər zaman gənclərə dəstək olan Kapital Bank gələcəkdə də onların karyera inkişafına dair layihələrin təşkilatçısı qismində çıxış edəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
527

Son xəbərlər

Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46
Bütün xəbərlər