“Kimi istəyirsən seç”: Azərbaycanda 2020-ci il seçki kampaniyasının xüsusiyyətləri – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Kimi istəyirsən seç”: Azərbaycanda 2020-ci il seçki kampaniyasının xüsusiyyətləri – FOTO

11:16 - 29 / 01 / 2020
“Kimi istəyirsən seç”: Azərbaycanda 2020-ci il seçki kampaniyasının xüsusiyyətləri – FOTO

9 fevral tarixi yaxınlaşdıqca bu günə təyin edilən Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı ajiotajın dərəcəsi qalxır.

Demək olar ki, 2005-ci ildən bu yana Azərbaycanda parlament seçkiləri ilə bağlı bu qədər maraq və ajiotaj müşahidə edilməyib. Və, belə desək, bu fenomenin yaranmasının bir neçə səbəbi var. Birinci və şübhəsiz ki ən əsas səbəb – prezidentin ciddi islahatlara yönəlmiş kurs barədə siqnalıdır. İlham Əliyevin əsas tezislərindən biri – sovet tör-töküntüsü olan və ölkənin gələcək inkişafına mane olan “zastoyun” qarşısını almaqdır. Parlamentin yenilənməsini məhz bu prizmadan qiymətləndirmək lazımdır.

Digər tərəfdən, dövlət başçısı seçki prosesinin məhz özünə yanaşmanın stereotipliyini dəyişməyin lazım olduğu barədə aydın fikir bildirib. “Ümid edirəm ki, gənclər də bu seçkilərə fəal şəkildə qatılacaq, çünki yeni simalar, ideyalar, yanaşma lazımdır. Həmçinin demək istərdim ki, biz nəsillər arasında ziddiyətə yol verə bilmərik”, - Azərbaycan liderinin bu konsepsiyası seçkiqabağı mübarizəyə qoşulanların əminliyini artırdı.

Üzümüzə gələn seçkilərə böyük maraq olmasını sosial şəbəkələrdə müşahidə olunan çoxsaylı müzakirələrdən yəqin etmək olar. Deputatlığa namizədlərə qaldıqda isə, bəzən onların sosial şəbəkədə fəallığı aşıb-daşır. Məsələn, niyə hansısa bölgənin namizədi tarqetinqin imkanlarından istifadə edərək, özünə lazım konkret auditoriyanı müəyyənləşdirmək, bununla da həm qənaət etmək, həm də reklamdan ən yaxşı effekt almaq yerinə bütün şəbəkə auditoriyası önündə təviqat aparır? Məsələn, əgər bir şəxs namizədliyini Ucardan veribsə, nəyə görə öz platforması ilə Gəncə və ya Bakı sakinlərini tanış edir? Elə bunun yerinə, seçicilərin evinə gəlib deputatlığa namizədin seçkiqabağı proqramı barədə məlumata vermək üçün bu pulları könüllülərə vermək daha məqsədəuyğun deyilmi? Lakin burada məsələ Şəbəkənin bütün imkanları barədə tam məlumatlı olmamaqla bağlı ola bilər.

Seçkiqabağı fəallıq kimi müsbət hal ilə yanaşı, yaxından baxdıqda seçki prosesi bir qədər çiy görsənir. Ola bilsin ki, bu yanlış fikirdir, lakin arada elə təəsürat yaranır ki,  bəzi namizədlər seçkilərə qeyri-ciddi yanaşır. Buna sübut kimi, çoxlarının artıq memə çevrilmiş, namizədlərin təşviqat plakatlarını gətirmək olar. Bununla yanaşı seçkiqabağı proqram və ya platformaya nadir rast gələrsən, baxmayaraq ki, adətən namizədlər seçkiqabağı təşviqat zamanı bütün diqqətini məhz bunda cəmləşdirməlidirlər.

Bu seçkilərdə namizədlər siyahısının “gəncləşməsi” ilə yanaşı diqqəti onların arasında yetərincə qadın və, nə qədər qəribə olsa da, işsizlərin yer alması cəlb edir. Bu faktları ortaya SIAR Research & Consulting Group adlı konsaltinq şirkəti tərəfindən gələcək seçkilərdə qeydə alınmış namizədlərin demoqrafik profile ilə bağlı təhlilin nəticələri qoyur. Hesabat 19 yanvar tarixi üçün 1574 namizədin olmasını nəzərə almaqla hazırlanıb.

Təqdim edilən təhlilə əsasən, qeydə alınmış namizədlərin 22%-i orta yaş həddləri 43 olan qadınlardır, 78% isə orta yaş həddləri 44 olan kişilərdir. Namizədlərin 25%-nin 18-34, 33%-nin – 35-44, 19%-nin – 44-54, 23%-nin – 55-dən çox yaşı var. Qadın namizədlərin sayı bölgələrlə müqayisədə Bakıda çoxdur – bölgələrdə 21%, Bakıda isə 24%. Bölgələrdə kişi namizədlər 79, Bakıda isə 76% təşkil edir.

Qeydə alınan kişi namizədlərin 58%-nin 18-44 yaşı var, qalan 42%-in yaşı 45 və yuxarıdır. Eyni zamanda, qeydə alınan qadın namizədlərin 57%-nin 18-44 yaşı var, qalan 43%-in yaşı 45 və yuxarıdır.

Ən çox insan namizədliyini 16-cı Yasamal (26 namizəd), 54-cü Şabran-Siyəzən (26 namizəd), 13-cü Xəzər-Pirallahı (25 namizəd), 15-ci Yasamal (24 namizəd), 44-cü Sumqayıt-Xızı (22 namizəd) və 87-ci Ağsu-İsmayıllı (22 namizəd) seçki məntəqələrindən verib.

Ən az namizəd isə 1-ci Şərur-Sədərək, 2-ci Şərur, 3-cü Babək-Kəngərli, 4-cü Naxçıvan (hərəsində 3 namizəd), 5-ci Şahbuz-Babək və 7-ci Ordubad-Culfa (hərəsində 4 namizəd) seçki məntəqələrində müşahidə olunur.

Ən çox kişi namizədlərin olduğu seçki məntəqələri bunlardır: 1-ci Şərur-Sədərək, 2-ci Şərur, 3-cü Babək-Kəngərli-Naxçıvan, 7-ci Ordubad-Culfa və 39-cu Kəpəz (Gəncə). Bu məntəqələrdə deputatığa namizədlərin hamısı kişidir. Ən çox qadın namizəd payına malik məntəqələr isə bunlardır: 28-ci Sabunçu (namizədlərin 67% qadındır), 93-cü Bərdə (63%), 58-ci Haciqabul-Kürdəmir (50%), 103-cü Gədəbəy (50%) və 106-cı Tovuz-Qazax-Ağstafa (50%)

Ən gənc namizədlər növbəti məntəqələrdən seçilir: 100-cü Şəmkir-Daşkəsən (orta yaş 33), 102-ci Samux-Şəmkir (36), 63-cü Sabirabad (37), 20-ci Nərimanov (38) və 64-cü Sabirabad (38).

Namizədlərin orta yaşının ən yüksək olduğu məntəqələr isə bunlardır: 2-ci Şərur (65), 3-cü Babək-Kəngərli-Naxçıvan (62), 1-ci Şərur-Sədərək (59), 28-ci Sabunçu (52) və 72-ci Yardımlı-Masallı (51 yaş)

Araşdırmalara əsasən, işsizlərin sayı kişi-namizədlərlə müqaisədə, qadın-namizədlərdə daha azdır. Qadın-namizədlərin 86-i hal-hazırda işləyir. Kişi-namizədlərin isə 75%-i işləyir.

Namizədlərin işçi statusuna görə məntəqələrin yerləşməsi növbəti qaydadadır: hal-hazırda 17% məntəqə üzrə 100% namizəd işləyir, 59% məntəqə üzrə - 70-99% və 24% məntəqə üzrə - 45-69%

Mərkəzi Seçki Komissiyasının dəqiqləşdirilmiş siyahılarına əsasən,hal-hazırda Azərbaycanda 5 221 902 seçici var. Onlardan 2 563 261 (49,17%-i) kişi, 2 649 661 (50,83%) – qadındır. Ötən ilin dekabrın 23-də baş tutan bələdiyyə seçkilərində siyahıya 4 972 356 seçici daxil edilmişdi.

Milli Məclisə seçkilər ölkənin 125 seçki dairəsinin 5426 seçki məntəqəsində keçiriləcək.

Namizədlərin yanvarın 17-i start götürən seçkiqabağı təşviqat prosesi fevralın 8-i səhər saatlarınadək avam edəcək.

Beləliklə, seçki gününə o qədər də çox müddət qalmayıb və seçki kampaniyaya göstərilən yüksək marağı nəzərə alsaq, seçki günü də maraqlı keçəcəyini vəd edir.

1news.az

Paylaş:
2844

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər