Paşinyanın Rəsulzadə haqqında dedikləri – həyasızcasına yalan: tarixçi Nəsiman Yaqublu cavab verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Paşinyanın Rəsulzadə haqqında dedikləri – həyasızcasına yalan: tarixçi Nəsiman Yaqublu cavab verir

15:30 - 20 / 05 / 2020
Paşinyanın Rəsulzadə haqqında dedikləri – həyasızcasına yalan: tarixçi Nəsiman Yaqublu cavab verir

Ermənistan rəhbərliyinin faşizmi qəhrəmanlaşdırmağa can atması, bunun əyani sübutu olaraq faşizmin “görkəmli” nümayəndələrindən birinə Yerevanın mərkəzində abidə ucaldılması nasist düşüncələrinin Ermənistanın dövlət ideologiyasına nə qədər dərindən sirayət etdiyini əyani şəkildə göstərir.

Eyni zamanda, görünür Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti tərəfindən ifşa olunduqdan sonra bu siyasətin beynəlxalq səviyyədə daha çox qınağa məruz qalacağından ehtiyatlanaraq “əks ittihamları” ilə hər şeyi xəstə düşüncədən sağlam düşüncəyə keçirməyə çalışır.

Bu yaxınlarda Paşinyan tarixi bilərəkdən saxtalaşdıraraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda və Azərbaycanda qəhrəmanlaşdırılmaqda ittiham etdi.

“Azərbaycanlılar tez-tez bu mövzuda spekulyasiya etməyi xoşlayırlar. Ancaq sizə Üçüncü Reyxin nasistlər ordusunun Rəsulzadə soyadlı komandirini xatırlatmaq istəyirəm. Bu gün ona Bakıda abidəsi qoyulub və Azərbaycan paytaxtındakı prospektə onun adı verilib”. Bunu Ermənistan hökumətinin başçısı bu yaxınlarda Berlində Fridrix Ebbert fondundakı çıxışı zamanı söyləyib.

Həqiqi tarixi faktlarla belə açıq-aşkar bir yalana cavab verərək vurğulamaq lazımdır ki, Rəsulzadə (Njde və silahdaşları Drodan fərqli olaraq) nəinki heç bir hərbi hissəyə başçılıq etməyib, heç döyüşlərdə də iştirak etməyib və nasistlərlə əməkdaşlıq etməyib.

Doğrudur, mühacirətdə olan milli sovet respublikalarının bir çox nümayəndələri kimi Rəsulzadə də alman diplomatları ilə görüşüb, ancaq Almaniyanın onun siyasi doktrinasının mahiyyəti olan Azərbaycanın müstəqilliyi barədə fikirləri ilə tanış olmaq üçün.

Almanların təkliflərinin yalnız bir diktaturanın digərinə dəyişdirilməsi ilə nəticələndiyini başa düşəndə isə Rəsulzadə əməkdaşlıq təklifini qəti şəkildə rədd etdi və Berlindən uzaqlaşdı və buna görə də burada gələcək əlaqələri üçün arzuolunmaz şəxs kimi qəbul edildi.

Vermaxt qoşunlarının tərkibində olan azərbaycanlı legiona gəlincə, o həqiqətən mövcud idi - həm də erməni, gürcü, eston, latış və digər legionlar kimi. Ona mayor rütbəsi ilə Leninqrad Hərbi Dairəsinin 6-cı bölməsinin rəisi vəzifəsini icra edən Əbdürrəhman Fətəlibəyli (Abo Düdənginski) rəhbərlik edirdi. O, müharibə başlayandan sonra 1941-ci ildə əsir düşdü. Düdənginski almanların Azərbaycan legionuna başçılıq etmək təklifini ideoloji səbəblərə görə - strateji hədəflərinə - müstəqil Azərbaycana çatmaq üçün qəbul etmişdi.

“Aslan” adlı ilk azərbaycanlı batalyon 1942-ci ilin sentyabrından bəri Qafqaz cəbhəsində fəaliyyət göstərirdi. Hərbi əməliyyatlarla paralel olaraq Vermaxt rəhbərliyi ilə Azərbaycanın siyasi gələcəyi ilə bağlı danışıqlar aparılırdı. 1943-cü ilin noyabrında Berlində Azərbaycan Milli Konqresi keçirildi, burada Əbdürrəhman Fətəlibəyli (Düdənginski) geniş nitq söylədi. Qurultayın nəticəsi olaraq Almaniya hökumətinə deputatların tələbləri - Azərbaycanın müstəqilliyinin tanınması və Azərbaycan milli azadlıq ordusunun yaradılması təklif edildi. Konqresdə milli birlik məclisi seçildi. 17 mart 1945-ci ildə Alman hökuməti onu gələcək müstəqil Azərbaycanın müvəqqəti hökuməti olaraq tanıdı.

Müharibədən sonra Düdənginski İngilis qoşunları tərəfindən əsir götürüldü. Sərbəst buraxıldıqdan sonra Münhenə getdi. 1953-cü ildə Azadlıq Radiosunun qurucularından biri oldu və onun Azərbaycan bölməsinə rəhbərlik etməyə başladı. O, eyni zamanda Münhendə Azərbaycan və rus dillərində nəşr olunan “Azərbaycan” jurnalının redaktoru olaraq da çalışdı.

1954-cü ilin noyabrında Münhendəki mənzillərin birində Mikayıl İsmayılov adlı şəxsin cəsədi tapıldı. Araşdırma zamanı cəsədin Düdəninskiyə aid olduğu, İsmayılovun isə onu aradan götürmək istəyən KQB-nin agenti olduğu məlum oldu. Bir müddət sonra İsmayılov Bakıdakı evində asılmış vəziyyətdə tapıldı.

Qeyd edək ki, Ermənistan siyasətinin tərkib hissəsi olaraq qəhrəmanlaşdırılan Njdedən fərqli olaraq Düdənginski və onun Azərbaycandakı tərəfdarları heç vaxt qəhrəmanlaşdırılmayıb və onlara abidə qoyulmayıb.

Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün tanınmış tarixçisi, professor Nəsiman Yaqubluya müraciət etdik.

“Paşinyan öz ifadəsi ilə özünün cahilliyini, danışdığı mövzunu bilmədiyini və öyrənmək istəmədiyini nümayiş etdirdi. Onun dediklərində doğru heç nə yoxdur və heç bir fakta söykənmir.

Məmməd Əmin Rəsulzadə bütün həyatı boyu “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarına sadiq qalıb. Bu prinsipə sadiq qalaraq, II Dünya Müharibəsi illərində fəaliyyətini faşistlər tərəfindən əsir götürülmüş soydaşlarımızın qurtuluşuna, xilasına yönəldib”- deyə, Nəsiman Yaqublu bildirdi.

Rəsulzadənin təkcə azərbaycanlıları deyil, digər millətləri, o cümlədən yəhudiləri də faciəli ölümlərdən xilas etdiyini deyən tarixçi, bunun konkret tarixi faktları olduğunu bildirdi:

“O dövrdə 70 minə yaxın azərbaycanlı əsir götürülmüşdü, məhbusların əksəriyyəti məhkəməsiz öldürülür, işgəncələrə məruz qalırdılar. Onları xilas etmək üçün Rəsulzadə Almaniya hökumətinin ayrı-ayrı nümayəndələri ilə danışıqlar apardı”.

Yaxın tarixdən bir misal çəkim: bu gün biz Ermənistanla müharibə vəziyyətindəyik və bir nəfərimizin ermənilər tərəfindən tutulması halında, onların sərbəst buraxılması üçün onlarla danışıqlar aparırıq. Rəsulzadə əsir götürülmüş soydaşlarımızın azad edilməsini təmin etmək məqsədi ilə almanlarla oxşar danışıqlar aparmışdı. Buna görə də, bu “əməkdaşlıq” deyil, bu gün Qızıl Xaç və digər humanitar təşkilatlar tərəfindən edilən fəaliyyətə bənzər bir fəaliyyət idi”.

Nəsiman Yaqublu qeyd etdi ki, Rəsulzadənin fəaliyyəti nəticəsində minlərlə soydaşımız konslager düşərgələrindən azad edildi və ölümdən xilas oldu: “O, hər bir insan üçün mübarizə apardı. Onun xilas etdiyi insanların çoxu Azərbaycana qayıtdılar, burada yaşadılar və Məmməd Əmini böyük hörmət və ehtiramla xatırladılar.

Njde isə tamamilə fərqli bir tipdir. Bütün həyatı və işi terror və qətl hadisələrinə həsr olunub. Bunu 1945-ci ildə məhkəmədəki təkzibedilməz faktlar sübut etdi - Njde məhkum edildi və həbsxanada öldü. Bu gün isə Ermənistanda bu cinayətkarın xatirəsinə abidələr ucaldılır.

Görürsünüzmü necə bir fərq var? Rəsulzadə insanları xilas etdiyi bir vaxtda Njde onları amansızlıqla öldürürdü”.

N.Yaqublunun sözlərinə görə, o dövrdə mühacirətdə olan bir çox milli lider soydaşlarımızı xilas etmək üçün Alman hökuməti ilə danışıqlar aparırdı: “Məsələn, Mustafa Çokay əsir düşən qazaxları xilas etmək üçün çox iş gördü. Buna bənzər bir çox nümunə var.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, Məmməd Əmin Rəsulzadə o vaxt Almaniyada deyil, Rumıniyada, Buxarestdə yaşayırdı və Berlinə həmvətənlərinin azad olunması üçün danışıqlar aparmaq üçün getmişdi. Başqa bir vacib məqamı qeyd etmək istəyirəm: 1943-cü ildə Almaniya hökuməti Rəsulzadənin azərbaycanlılara müraciətini - digər xalqların öz azadlıqları uğrunda mübarizəsinə mane olmamaq istəməsini bəyənmədi. Bu səbəbdən Almaniya hökuməti Rəsulzadənin Almaniyaya girməsini qadağan etdi və o, Rumıniyaya qayıdaraq müharibənin sonuna qədər orda qaldı”.

Paşinyanın Məmməd Əmin Rəsulzadənin guya nasist ordusunun dəstəsinə komandanlıq etməsi ilə bağlı ifadəsinə qayıdan tarixçi Rəsulzadənin siyasi lider olduğunu və peşəkar cinayətkar və terrorçu Qaregin Njdedən fərqli olaraq heç vaxt döyüşmədiyini vurğuladı:

“Bundan əlavə Njde sovet yox, Amerika vətəndaşı idi. Amerikadan gələrək könüllü olaraq nasistlərə xidmət etməyə başlamışdı. Bütün bunlar məhkəmədə sübut edildi”.

Nəsiman Yaqublu faşistlər tərəfindən vuruşan azərbaycanlıların heç zaan qəhrəmanlaşdırılmadığını da vurğuladı:

“Bəli, müharibə zamanı azərbaycanlı legionu da var idi, amma onun liderlərini bu gün Azərbaycanda qəhrəmanlaşdırırlarmı? Yeri gəlmişkən, sual vermisinizmi ki, niyə Paşinyan Azərbaycan legionundan danışanda onun komandiri Düdənginskinin yox, Məmməd Əmin Rəsulzadənin adını çəkir?

Sizə cavab verim: çünki ermənilərdə Rəsulzadənin miqyasında siyasi lider yox idi. Onların qəhrəmanları kimlərdir? Ancaq qatillər və terrorçular. Ermənilərin qəhrəmanlaşdırdıqları hər kəs - Şaumyan, Mikoyan, Njde, Dro, Melkonyan. Həmin Njde ABŞ-da Türkiyə səfiri Muxtar bəyin öldürülməsi ilə nəticələnən terror aktının təşkilində yaxından iştirak edib.

Buna görə də tam əminliklə deyə bilərəm ki, Paşinyanın bu gün verdiyi bütün açıqlamalar Azərbaycan xalqına qarşı olan paxıllıq və qısqanclığının təzahürüdür”.

1news.az

Paylaş:
788

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər