“Qisas” əməliyyatı: hərbi cani, general Calal Arutyunyan belə məhv edildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qisas” əməliyyatı: hərbi cani, general Calal Arutyunyan belə məhv edildi - VİDEO

17:10 - 27 / 10 / 2020
“Qisas” əməliyyatı: hərbi cani, general Calal Arutyunyan belə məhv edildi - VİDEO

Bu gün Qarabağdakı qondarma rejim "müdafiə ordusunun komandanı", general Calal Arutyunyanın "döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını" açıqlayıb və dərhal onun yerinə general Mikael Arzumanyanın təyin olunduğunu elan edib. Sosial şəbəkələrdə Arutyunyanın öldürüldüyü haqda xəbərlər yayılsa da qondarma rejim bunu təkzib etmişdi, iddia edilirdi ki, guya Arutyunyan sağdır və tezliklə "sıraya qayıdacaq".

1news.az bildirir ki, virtualaz.org hərbi cani Calal Arutyunyanın doğrudan da "sıraya qayıtdığını" təsdiq edən sensasion videokadrlar əldə edib və belə məlum olur ki, bu qondarma "komandan" əslində indiyədək ordumuzun Qarabağda məhv etdiyi digər hərbi canilərin sırasına "qayıdıb".

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitinin də məhv edildiyi görünür.

Azərbaycan hakimiyyəti Calal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.

Azərbaycan hakimiyyəti bütün hərbi caniləri silahı yerə qoymağa və qanuni hakimiyyətin tələblərinə tabe olmağa çağırır. Əks halda Azərbaycan dövləti "Qisas" əməliyyatını davam etdirmək və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində digər hərbi caniləri də məhv etmək haqqını özündə saxlayır.

Qeyd edək ki, antibəşəri və terror cinayətləri törətmiş hərbi canilərin, cinayətkarların məhv edilməsi praktikasından ABŞ, İsrail, Rusiya, Türkiyə və digər qabaqcıl ölkələrin xüsusi xidmət orqanları, xüsusi təyinatlı qüvvələri istifadə edirlər.

1news.az

Paylaş:
587

Son xəbərlər

“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46
Bütün xəbərlər