Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ – VİDEO

09:56 - 03 / 06 / 2020
Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Şəhərlərarası müntəzəm sərnişindaşıma yenidən bərpa edilə bilər. Ancaq bunun üçün yeni qaydalar müəyyən edilib.

1news.az-ın verdiyi xəbərə görə, şəhərlərarası müntəzəm marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti TƏBİB-in tövsiyələrinə əsasən, avtobusları hazır vəziyyətə gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlararası müntəzəm sərnişindaşımaya qoyduğu məhdudiyyəti ləğv edəcəyi halda avtobuslar yenidən fəaliyyətə başlayacaq. Lakin avtobuslar tam dolu şəkildə səfərə çıxmayacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova "Xezerxeber.az"-a bildirib ki, avtobuslarda fasilə zamanı təmizlik işləri aparılacaq. Bununla yanaşı, maskasız heç bir sərnişin avtobusa buraxılmayacaq.

Nuridə Allahyarova əlavə edib ki, qiymət artımının olmamasına da xüsusi nəzarət olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
529

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər