1news.az

Təcili tibbi yardım maşını ilə sərnişin daşıyan sürücü cəzalandırıldı

23 Mart saat 17:28 ~ 1 dəqiqəlik oxu 215
Təcili tibbi yardım maşını ilə sərnişin daşıyan sürücü cəzalandırıldı

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı məlumat yayıb.

1news.az xəbər verir ki, məlumatda bildirilir ki, məsələ TƏBİB tərəfindən araşdırılıb. Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb.

Sürücü 23 mart 2020-ci il tarixdə Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovanın Əmri ilə işdən azad edilib. Eyni zamanda, Ağsu RMX-nın direktoru Şərəbanı Məlikova və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib.

Mövzu ilə bağlı:

Bakıya təcili tibbi yardım maşını ilə sərnişin daşınır – VİDEO

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net