Topçubaşov: Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət – NEXT TV | 1news.az | Xəbərlər
Siyasət

Topçubaşov: Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət – NEXT TV

16:54 - 28 / 05 / 2020
Topçubaşov: Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət – NEXT TV

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Parlamentinin sədri (1918, 7 dekabr -1920, 28 aprel), Rusiyanın müsəlman-türk xalqlarının milli azadlıq hərəkatının liderlərindən biri Əlimərdan bəy Topçubaşov sözün həqiqi mənasında Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyətdir.

Məhz Əlimərdan bəy Topçubaşovun gərgin səyləri nəticəsində Qərb dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyini tanıdılar. Onun ABŞ prezidenti Vudro Vilsonla görüşü isə xüsusi qeyd olunmalıdır.

Birinci dünya müharibəsi yenicə başa çatmışdı. Qalib ölkələrin hökumət və dövlət başçıları Fransanın paytaxtı Parisə toplaşmışdılar. Dövlətlərin və xalqların müharibədən sonrakı taleyi Paris Sülh Konfransında həll olunurdu. Yeni yaranmış AXC dövləti də konfransa nümayəndə göndərməyi qərar alır. Nümayəndə heyətinin rəhbəri dövrünün görkəmli xadimlərindən olan Əlimərdan bəy Topçubaşov təyin edilir.

Qarşıya qoyulan əsas vəzifə AXC-nin dünya dövlətləri tərəfindən tanınması idi. Lakin nümayəndə heyəti Parisə çatana qədər ciddi çətinliklərlə qarşılaşmalı olur. İstabuldakı Fransa Səfirliyi onlara viza verməyi yubadır. Bütün çətinliklərə baxşayaraq, Topçubaşov və komandası 110 gün gecikmə ilə nəhayət Paris Sülh Konfransına qatıla bilir.

AXC nümayəndə heyəti konfransda mühüm görüşlər keçirir. Görüşlərdən ən vacibi - 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümü günü ABŞ prezidenti Vudro Vilson başda Topçubaşov olmaqla, Azərbaycan nümayəndə heyətini qəbul etməsi olur.

Topçubaşov Vilsona Azərbaycandakı, eləcə də Qafqazdakı vəziyyətdən məlumat verir. O, ABŞ prezidentinə deyir:

“Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciətlə xahiş edirik ki, cənab prezident, bizim ölkəmiz, xalqımız, eləcə də özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatlar verilməsinin şahidi oluruq. Düzdür, bizi hələ yaxşı tanımırlar, biz, indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə bııraxılacağıq. Biz, əminik ki, bütün xalqlar kimi, Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq”.

Çıxışının sonunda Ə.Topçubaşov qətiyyətlə demişdi: “Biz bildiririk ki, nə Kolçakı, nə Denikini, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz Parlamentimizi və öz Hökumətimizi tanıyırıq və tanıyacağıq”.

Ə.Topçubaşov çıxışından sonra 6 maddədən ibarət memorandumu ABŞ prezidentinə təqdim edir:

1.Azərbaycanın müstəqilliyi tanınsın.

2.Vilson prinsipləri Azərbaycana da şamil edilsin.

3.Azərbaycan nümayəndələri Sülh Konfransına buraxılsın.

4.Azərbaycan Millətlər Cəmiyətinin üzvlüyünə qəbul edilsin.

5.ABŞ-ın Hərbi Departamenti Azərbaycana hərb yardım göstərsin.

6.ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.

Həyatının son anına qədər mübarizəsini davam etdirən Topçubaşov qürbətdə vəfat edib və yoxsullar üçün salınmış Sen Klu qəbiristanlığında dəfn edilib.

NEXT TV-nin təqdim etdiyi videoda görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun ibrətamiz həyat və fəaliyyəti, ABŞ prezidenti Vudro Vilsonla görüşü ilə yaxından tanış ola bilərsiniz.

S.Xankişiyeva

 

 

 

 

 

 

Paylaş:
1477

Son xəbərlər

Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03
Bütün xəbərlər