DİN qanunsuz valyuta dəyişən şəxslərin saxlanılması istiqamətində əməliyyat keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN qanunsuz valyuta dəyişən şəxslərin saxlanılması istiqamətində əməliyyat keçirib

14:44 - 28 / 12 / 2015
DİN qanunsuz valyuta dəyişən şəxslərin saxlanılması istiqamətində əməliyyat keçirib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov qanunsuz valyuta mübadiləsinin qarşısını almaq haqqında xüsusi göstəriş imzalayıb.

Bu haqda 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, göstərişə əsasən, bu istiqamətdə təqsirləndirilən şəxslər İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

“Göstəriş artıq həyata keçirilməyə başlayıb – polis xarici valyutanı qanunsuz dəyişən 3 nəfəri saxlayıb. Bu istiqamətdə tədbirlə davam etdiriləcək”, - DİN mətbuat xidmətində bildirilib.

Xatırladaq ki, bazar günü – dekabrın 27-də Bakıda bəzi valyuta dəyişmə məntəqələri bağlanıb. Eyni zamanda, sosial şəbəkələrdə dolların məzənnəsinin qəfil bahalaşması ilə bağlı söz-söhbətlər yayılmışdı.

Bazar ertəsi isə, Mərkəzi Bank bəyan edib ki, manatın növbəti devalvasiyası ilə bağlı yayılan şayiələr əsassızdır.

1news.az

Paylaş:
1295

Son xəbərlər

Bütün xəbərlər