Mingəçevirdə 1 həftə əvvəl maşın vuran yeniyetmə xəstəxanada ölüb
Mingəçevirdə bir həftə əvvəl avtomobillə vurulan yeniyetmə ölüb.
1news.az-ın APA-ya istinadən xəbərinə görə, yanvarın 23-də avtomobil vuran 2010-cu il təvəllüdlü A.Rzayev Mingəçevir şəhər mərkəzi xəstəxanasında yeddi gün komada qaldıqdan sonra bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
71