Oğlunun ölüm xəbərini eşidən ana da dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğlunun ölüm xəbərini eşidən ana da dünyasını dəyişib

12:32 - Bu gün
Oğlunun ölüm xəbərini eşidən ana da dünyasını dəyişib

Lənkəranda ana və oğul eyni gündə vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məlumat Lənkəran rayonu A.Əliyev adına Havzava kənd tam orta məktəbinin feysbuk səhifəsində paylaşılıb.

Məlumata əsasən, Lənkəran sakini Seyran Cəfərli dünyasını dəyişib. Övladının ölüm xəbərini eşidən ana Məhrəba Cəfərova da həyatını itirib.

Qeyd edək ki, Seyran Cəfərlinin qardaşı Fikrət Cəfərov Lənkəranda məktəb direktorudur.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər