Miri Yusifin prodüserini şantaj edən şəxs saxlanıldı
Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndini şantaj edən saxlanılıb.
1news.az lent.az-a istinadən xəbər verir ki, aparıcıya hədə-qorxu gələrək öz hesabına 1000 manat pul ödətdirən 26 yaşlı paytaxt sakini Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda araşdırma aparılır.
228