Yerevandakı ermənilərlə Dağlıq Qarabağdakı ermənilər olduqca fərqlidir – FOTO | 1news.az | Xəbərlər
Köşə

Yerevandakı ermənilərlə Dağlıq Qarabağdakı ermənilər olduqca fərqlidir – FOTO

13:51 - 27 / 11 / 2019
Yerevandakı ermənilərlə Dağlıq Qarabağdakı ermənilər olduqca fərqlidir – FOTO

1news.az-ın müxbirinin Ermənistana və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfərinin yekunu ilə bağlı ikinci məqaləni təqdim edirik.

* * *

Ermənistana və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfərim çərçivəsində ermənilərlə azərbaycanlılar arasında sülhə nail olmağın nə dərəcədə mümkün olması mənim üçün əsas məsələlərdən biri idi. Axı tarixən xalqlarımız uzun müddət birgə yaşayıblar – bu, danılmaz faktdır.  

... Bakıya qayıtdıqda qohumlarım, yaxınlarım mənə çoxsaylı zənglər edərək doğma torpaqlarımıza – Xankəndi, Şuşa və Kəlbəcərə səfər etmək arzusunda olduqlarını söylədilər...  

Sözsüz ki, qeyd edildiyi kimi, ATƏT missiyasının  maşınında doğma Dağlıq Qarabağımıza səfərimizi icmalararası dialoqun inkişafına töhfə kimi qiymətləndirmək olar. Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə görüş lazımdır və vacibdir. Görüşdən imtina edərək onları özümüzdə uzaqlaşdırardıq.

Yeri gəlmişkən, bir maraqlı xüsusiyyətə də diqqət etdim: Ermənistandakı ermənilərlə Dağlıq Qarabağdakı ermənilər arasında böyük fərq var. İstər xarici görünüşcə, istərsə də xarakter baxımından bu fərqi görmək olur. Paradoksal olaraq, Dağlıq Qarabağ ermənilərinin xarici görkəmində bəzi cizgilər bizim bəzi dağ kəndlərimizin sakinlərinə bənzəyir.

Digər bir məqam isə: qarşılaşdığım yerevanlıları münaqişənin həlli çox maraqlandırmır. Onlar bu məsələnin vacibliyini və Qarabağın heç vaxt qaytarılmayacağını vurğulaya bilərlər. Lakin bununla yanaşı, bu bəyanatlarda məsuliyyətsizlik, deyərdim ki, biganəlik sezilir.

Dağlıq Qarabağda yaşayan ermənilər üçün isə bu başqa məsələdir. Onlar ciddi şəkildə münaqişənin həll olunmasında maraqlıdırlar.

Səfərimizə gəldikdə. Tam səmimi olaraq deyə bilrəm ki, orada getdiyimiz hər yerdə bizi qonaqpərvərliklə qarşıladılar. Bunu səmimi və ya yalandan etdiklərini bilmirəm, bunu onların vicdanına buraxaq. Təhlükəsizliklə bağlı heç bir problem yox idi – mühafizə bütün günü – gecədən səhərə qədər qapıda gözləyirdi.

Yerevan konyak zavodunda hələ qədim vaxtlardan qalmış Azərbaycan içkilərinə də rast gəldik.

Erməni jurnalistlər, icma nümayəndələri ilə görüş zamanı (ola bilsin ki, ortamı yumşaltmaq məqdəsilə) bir sıra lətifələr də danışdılar.

Ermənilərlə görüş zamanı dəfələrlə soruşdum: “biz azərbaycanlılara hansı mesajı göndərmək istərdiniz?”. Bununla da onların kompromislərə hazır olub-olmadıqlaırnı bilmək istəyirdim.

Onların cavabı bir məcraya yönəlirdi: “hər bir şeyin öz dəyəri var. Qırmızı xətt var ki, bunu aşa bilmərik” deyirdilər.

Biz isə öz tərəfimizdən bildirdik ki, elə qırmızı xətt var ki, bunu heç bir Azərbaycan vətəndaşı keçə bilməz – bu, ölkəmizin ərazi bütövlüyü məsələsidir.

Həmçinin onların cavablarından belə bir təəssürat oyanırdı ki, onlar Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını istəyirlər. Bu isə, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil.

Onları Azərbaycanla bağlı digər vəziyyət maraqlandırırdı, nümunə üçün, “radikal islam” məsələsi, “Nardaranda bugünkü vəziyyət”, “sosial paketin artımı” və “Azərbaycan mövqeyinin nə dərəcədə güclü” olması.

“Ermənistanın səsi” radiostansiyasının jurnalisti Marina Qriqoryan qəfildən bəyan etdi ki, “tarixə yenidən nəzər salmaq lazımdır. Sumqayıt və Ağdam hadisələri ilə bağlı yalan məlumatlar çoxdur”. Biz isə bu böhtanı “Ağdam hadisələri” deyil, Xocalı faciəsinə yönəltdik. Beləcə o, bizə sübut etməyə çalışdı ki, azərbaycanlıları “heç kəs qovmayıb”  onlar özləri “birdən-birə” Azərbaycana getmək istəyiblər.

Marina Qriqoryanın həmkarları ona bu söhbəti bitirməsi istəyəndə, o sanki ürəyini boşaltdı hissi ilə dedi: “Onsuz da mən öz sözümü dedim!”

Ümumiyyətlə, məndə elə təəssürat yarandı ki, o, həyatı boyu azərbaycanlıları gözləyib ki, “ürəyindəkilərini deyə bilsin” və acı hislə evə qayıdaraq ürək dərmanı içsin, səhər isə qonşularına “dünənki tədbirdə yalançı və hiyləgər azərbaycanlıları necə yerində oturtduqlarını” desin.

Buna görə də hesab edirəm ki, bu cür görüşlərdə adekvat, heç bir kompleksləri olmayan, illərlə zəhərini büruzə verməyə məqam güdməyən insanlar gəlməlidir. Bu illər ərzində çoxlu sayda debatlar, mübahisələr olub ki, bunun da sonu yaxşı nəticələnməyib. Buna görə də konstruktiv müzakirələr aparmaq lazımdır.

Həmçinin Bakıya gələn erməni həmkarlarla bağlı da bunları demək olar. Onların məqalələrindən, sosial şəbəkələrdəki statuslarından görmək olur ki, onlar hələ də bizim bostanımıza daş atmaqla məğuldurlar. Ola bilsin ki, onlar hazırda “intibah” dövrünü yaşayırlar və bundan maksimum yararlanmağa çalışırlar.  

Bu, zənnimcə kiçik bir haşiyə idi. İndi isə reportajımıza qayıdaq.

Beləliklə, Yerevan. Orada gördüyümüz hər yerdə sərt döyüş ruhunun olmasına dəlalət edirdi. Məişət səviyyəsində də olsa divarlarda, suvenirlərdə, köynəklərdə “Ermənistanın qəhrəmanına” həqiqətdə isə terrorçu Monte Melkonyanın şəklinə rast gəlmək olurdu. Həmçinin suvenir kimi “Paşinyanın beysbolkaları” da satılırdı.

Erməni təbliğatı hər yerdə özünü göstərirdi, hətta oteldə də. Qaldığım otelin otağında “Vavilonun xəritəsi” olan daş vardı ki, burada “qədim Ermənistan” həkk olunmuşdu. Düşünürəm ki, bu, qəsdən edilmişdi.  

Matendarana (Yerevanda Qədim Əlyazmalar İnstitutu) ziyarət zamanı giddən qədim Albaniyanın tarixi ilə bağlı soruşduq. Onun cavabı olduqca maraqlı oldu: “Albaniyanın bir hissəsi “erməniləşdirilmiş”, bir hissəsi “gürcüləşdirilmiş” bir hissəsi isə İslamı qəbul edib. Maraqlısı odur ki, buna qədər ermənilər Albaniyanın tarixi ilə bağlı bu hissəni də təhrif etməyə çalışırdılar.

Erməni politoloq Riçard Kirakosyanla görüş daha maraqlı oldu. Görüş zamanı onun mövqeyi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsindən kənara çıxmadı. Kirakosyanın şəxsiyyətinə gəlincə, o, KİV-də verdiyi bəyanatları kimi aqressiv təsir bağışlamadı.

Həmçinin görüş zamanı onun vacib tezislərndən biri Dağlıq Qarabağ münaqişəsinni Ermənistanı zəiflətməsi məsələsi oldu.

Buna görə də, belə qarşılıqlı görüşlər davam edərsə, gələcəkdə azərbaycanlı və erməni politoloqlarının görüşlərini təşkil etmək mütləq lazımdır.

Azərbaycanlı jurnalistlər, eləcə də 1news.az-ın müxbiri Dağlıq Qarabağda olub – FOTO

“Doğmalar arasında ögəylər”: Nə üçün “Bakı erməniləri” Yerevandan narazıdır?

“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – Yerevandan reportaj – FOTO

Elşən Rüstəmov

Paylaş:
1518

Son xəbərlər

Gəncədə yanğın hadisəsi baş veribBu gün, 14:43Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər