Suraxanıda mənzil yanıb, bir nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda mənzil yanıb, bir nəfər ölüb

Qafar Ağayev13:59 - Bu gün
Suraxanıda mənzil yanıb, bir nəfər ölüb

Suraxanıda mənzil yanıb, bir nəfər yanaraq ölüb.

Bu baradə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər