Əli Həsənov: “Azərbaycan iqtisadiyyatı şaxələndirilib və neft amilindən asılılıq getdikcə aşağı düşür” | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: “Azərbaycan iqtisadiyyatı şaxələndirilib və neft amilindən asılılıq getdikcə aşağı düşür”

13:23 - 13 / 11 / 2015
Əli Həsənov: “Azərbaycan iqtisadiyyatı şaxələndirilib və neft amilindən asılılıq getdikcə aşağı düşür”

“Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib və müxtəlif sahələrdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir”.

“Bu toplu Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi ilə başlayır. Cənab prezidentin müsahibəsində Azərbaycan Respublikasının müasir inkişafının demək olar ki, bütün sahələri yığcam formada təqdim olunub. Dövlət başçısı Azərbaycanın keçən 20 ildə əldə etdiyi nailiyyətlər, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, biznes mühiti, müasir cəmiyyət quruculuğu, Azərbaycan xalqının milli-mənəvi, mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, Azərbaycanın idman tarixində və Avropada idmanın inkişafında Birinci Avropa Oyunlarının rolu və digər məsələlər haqqında öz fikirlərini bildirib”.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasnın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Bakı-2015. Azərbaycanı kəşf et” kitabının təqdimat mərasimində çıxışında deyib. O, I Avropa Oyunları ilə yanaşı, Azərbaycanın müasir inkişafının bütün sahələrini əhatə edən kitabı əsl salnamə adlandırıb. 

 
Ə.Həsənov qeyd edib ki, kitabda əks olunmuş materiallarda Azərbaycanın müstəqillik illərində Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla reallaşdırılması, həyata keçirilən mühüm transmilli enerji layihələrinin regionun inkişafında, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyəti geniş təhlil olunub:

“1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyəti daşıyıb, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi transmilli layihələrin həyata keçirilməsi ölkənin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, respublikanın inkişafında və beynəlxalq iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayıb”.
 
Ə.Həsənov əlavə edib ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 il ərzində həyata keçirilən siyasi kurs, müasir cəmiyyət quruculuğu, ölkədə sosial-iqtisadi və mədəni infrastrukturun qabaqcıl dünya standartları səviyyəsində yenidən qurulması barədə geniş məlumat öz əksini tapıb:

“Bilirsiniz ki, son 10 ildə Azərbaycanda iqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəldilib. Qeyri-neft sektorunda hər il 9-10 faiz artım müşahidə olunur. Son bir neçə ildə Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox artıb. 2015-ci ilin birinci yarısında bu rəqəm 70 faizə çatıb. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığın getdikcə aşağı salındığını göstərir. Bütün bu söylədiyim fikirlər və mülahizələr yığcam və lakonik formada bu salnamədə öz əksini tapıb”.

Ə.Həsənovun sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyər verən nüfuzlu ölkə kimi tanınır: “Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayır, ölkəmizin uğurlu inkişafına öz töhfəsini verirlər. Azərbaycanı bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanıyırlar və bu sahədəki müəyyən işlər də kitabda öz əksini tapıb. Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib və müxtəlif sahələrdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. Kitabda qeyd edilir ki, Avropa Oyunlarının ən yüksək standartları məhz Azərbaycanda təsis olunub”.

1news.az

Paylaş:
815

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər