Elmar Məmmədyarov “Şərq tərəfdaşlığı” ölkələrinin qeyri-rəsmi görüşündə iştirak edəcək
Noyabrın 26-27-də Tbilisidə Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin VI qeyri-rəsmi görüşü keçiriləcək.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.
Toplantıya Aİ tərəfdən Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han, sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı Vytenis Andriukaitis və Aİ Xarici Siyasət İdarəsinin sədr müavini Helqa Şmid qatılacaq.
Tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri və digər rəsmi şəxsləri iştirak edəcək. Görüşdə siyasi əlaqələr və sağlamlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
1news.az
575