Fransa səfiri: “Azərbaycan tolerantlıq nümunəsidir” | 1news.az | Xəbərlər
Siyasət

Fransa səfiri: “Azərbaycan tolerantlıq nümunəsidir”

12:12 - 20 / 11 / 2015
Fransa səfiri: “Azərbaycan tolerantlıq nümunəsidir”

Fransanın Azərbaycandakı yeni səfiri Orelia Buşez yerli media nümayəndələrini qəbul edib.

1news.az-ın verdiyi xəbərə görə, səfir Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib.

Orelia Buşez qeyd edib ki, Fransa və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.

Səfir qeyd edib ki, Parisdə baş verən terror aktlarından sonra çoxlu sayda sadə vətəndaşdan tutmuş yüksək səviyyəli şəxslərədək Azərbaycan vətəndaşları Fransa xalqına dəstək ünvanlayıblar:

“Bu, Azərbaycanın tolerantlıq nümunəsi olmasının göstəricisidir. Biz bu halı yüksək qiymətləndiririk”.

Səfir gələcək fəaliyyətində əsas istiqamətin Fransa prezidenti Fransua Ollandın Azərbaycana son səfəri zamanı irəli sürülən planların həyata keçirilməsi olacağını da diqqətə çatdırıb. Orelia Buşez, həmçinin, Azərbaycanla iqtisadi əməkdaşlığın enerji, nəqliyyat, kənd təsərrüfatı turizm kimi sahələr üzrə də uğurla inkişaf etdiyini bildirib:

“Azərbaycana gəlməzdən öncə ölkənin güclü mədəniyyətə, iqtisadi inkişafa malik olduğunu, 1918-ci ildə qadınlara səs vermək hüququ vermiş, memarlığı ilə seçilən ölkə olduğunu bilirdim. Bakıya gələndə heyran qaldım. Bakının düşündüyümdən də gözəl olduğunu gördüm. İçərişəhər çox gözəldir. Müasir binalar isə memarlığın şedevrləridir”, - deyə səfir bildirib.

1news.az

Paylaş:
609

Son xəbərlər

​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO17 / 09 / 2024, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT17 / 09 / 2024, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi17 / 09 / 2024, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTO17 / 09 / 2024, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib17 / 09 / 2024, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb17 / 09 / 2024, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO17 / 09 / 2024, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdi17 / 09 / 2024, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib17 / 09 / 2024, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdi17 / 09 / 2024, 16:21Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?17 / 09 / 2024, 16:09Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır17 / 09 / 2024, 16:03Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq17 / 09 / 2024, 15:33Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib17 / 09 / 2024, 15:29Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar17 / 09 / 2024, 15:13Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir17 / 09 / 2024, 14:54“Rhenus Group” şirkəti COP29-un tərəfdaşı olacaq17 / 09 / 2024, 14:37Silah, nakotik satışı - Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb17 / 09 / 2024, 14:33Bu gün Səməd Səmədovun doğum günüdür17 / 09 / 2024, 14:29HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir - VİDEO17 / 09 / 2024, 14:06
Bütün xəbərlər