Milli Məclisin komitə sədrlərinin müavinləri təsdiq edildi

Beşinci çağırış Milli Məclisin ilk plenar iclasında komitə sədrlərinin müavinləri təsdiq edilib.
1news.az-ın verdiyi xəbərə görə, Rövşən Rzayev - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Aydın Mirzəzadə - Müdafiə, təhlükəsilik və korrupsiya ilə mübarizə komitəsinin, Eldar Quliyev - Aqrar siyasət komitəsinin, Fəttah Heydərov - Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev - Elm və təhsil komitəsinin, Yevda Abramov - İnsan hüquqları komitəsinin, Sevinc Fətəliyeva - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yenidən sədr müavinləri kimi təsdiqləniblər.
Bununla yanaşı, Ağalar Vəliyev - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Kamran Nəbizadə - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Rauf Əliyev - Əmək və sosial siyasət komitəsinin, Jalə Əliyeva - Mədəniyyət komitəsinin, Musa Quliyev - Səhiyyə komitəsinin, Sahibə Qafarova - Ailə, qadın və uşaq məsələləri komitəsinin, Xanlar Fətiyev - İctimai birliklər və dini qurumlar komitəsinin, Ülvi Quliyev isə - Gənclər və idman komitəsinin yeni sədr müavinləri seçiliblər.
1news.az