“Eurovision-2015” müsabiqəsində Belarusu həmvətənimiz təmsil edəcək | 1news.az | Xəbərlər
Mədəniyyət

“Eurovision-2015” müsabiqəsində Belarusu həmvətənimiz təmsil edəcək

12:39 - 14 / 11 / 2015
“Eurovision-2015” müsabiqəsində Belarusu həmvətənimiz təmsil edəcək

Noyabrın 14-də Belarus nümayəndə heyəti Sofiyaya, bu şəhərdə keçiriləcək “Eurovision-2015” beynəlxalq uşaq mahnı müsabiqəsinə yola düşüb.

1news.az BELTA agentliyinə istinadla bildirir ki, müsabiqədə bu ölkəni həmvətənimiz Ruslan Aslanov təmsil edəcək.

Belarus Teleradio şirkətinin və Avropa Yayım Birliyinin layihələrinin əlaqələndiricisi Olqa Salamaxa deyib: “Biz nümayəndə heyətlərinin rəhbərləri, müsabiqənin təşkilatçıları və bütün iştirakçılar üçün çoxlu hədiyyə aparırıq. İlk hədiyyələri bizim məşqdən sonra jurnalistlərə təqdim edəcəyik. Bu, Ruslan Aslanovun diskinin də daxil olan bukletdir. Bütün iştirakçıların bir yerə toplaşacağı baş məşq və digər tədbirlər zamanı Ruslan onlara firma saatları və öz bukletlərini bağışlayacaq. Əminik ki, bütün uşaqlar razı qalacaqlar”.

Həyəcanını gizlətməyən Ruslan jurnalistlərə deyib: “Sofiyaya çatacağımız anı səbirsizliklə gözləyirəm. Bilirəm ki, orada unudulmaz anlar yaşayacağıq. İndi çox həyəcanlıyam”.

Gənc müğənni müsabiqədə Belarusu “Sehr” mahnısı ilə təmsil edəcək. Ruslanın birinci fərdi məşqi noyabrın 16-da, “Arena Armeyets Sofiya” konsert-idman kompleksinin səhnəsində olacaq.

Müsabiqəyə noyabrın 21-də yekun vurulacaq.

1news.az

 

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər