Çavuşoğlu Naradaranda həlak olan polislərin ailə üzvlərinə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu Naradaranda həlak olan polislərin ailə üzvlərinə başsağlığı verib

13:24 - 27 / 11 / 2015
Çavuşoğlu Naradaranda həlak olan polislərin ailə üzvlərinə başsağlığı verib

Türkiyənin Azərbaycanda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu Nardaran qəsəbəsində xüsusi əməliyyat zamanı şəhid olan iki polisin ailə üzvləri və yaxınlarına başsağlığı verib.

“Türkiyə ilə Azərbaycan terrorizmlə mübarizəməsələsində, eyni zamanda digər sahələrdə də həmfikirdir. Biz terrorizmlə mübarizə məsələsində dəBakıya dəstəyimizi göstərəcəyik”, - bu sözləri M.Çavuşoğlu azərbaycanlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

O, sözlərinə əlavə edib ki, Türkiyənin bu sahədə güclü təcrübəsi var:

“Biz Bakı ilə bu təcrübəmizi bölüşməyə hazırıq. Ümid edirik ki, terrorizm təzahürləri burada baş verməyəcək”.

1news.az

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər