Elmar Məmmədyarov: “İlin sonunda Azərbaycanla Ermənistan prezidentlərinin görüşüb baş tutacaq”
İlin sonuna kimi Azərbaycanla Ermənistan prezidentlərinin görüşü baş tutacaq. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu təklifini müsbət cavablandırıb.
1news.az-ın yaydığı xəbər görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə jurnalistlər üçün keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərlə çıxış edib. Təkliflər Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfəri zamanı təqdim edilib”, -deyə XİN rəhbəri qeyd edib.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən söz açan Məmmədyarov bildirib ki, həmsdərlər prezidentlərin bu ilin sonuna qədər görüşünün təşkil edilməsini istəyir.
1news.az
654