Vyanadakı Azərbaycan icması ümummilli lider Heydər Əliyevin xatirəsini anıb
Vyanada ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Azərbaycan icmasının məscidində keçirilən tədbirdə bu ölkədəki səfirliyimizin əməkdaşları, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.
Çıxış edənlər müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, eləcə də türk dünyasının önəmli siyasətçilərindən biri olub.
Məsciddə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan verilib.
AZƏRTAC
656