Vüqar Bayramov: “Çin ilə əlaqələrin genişlənməsi Azərbaycana müsbət təsir göstərəcək”
Azərbaycan Çin ilə münasibətlərini inkişaf etdirərəkbununla da demək olar ki, dünyanın ən aparıcı iqtisadiyyatı ilə əlaqələrini genişləndirir.
Bu haqda 1news.az -a müsahibə verən İqtisadiyyat elmləri doktoru,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin yekunlarını şərh edərkən bildirib.
Ekspert qeyd edib ki, Çin real ÜDM baxımından dünyada ikinci yeri tutur, Pekin isə nominal ÜDM həcmində qlobal miqyasda liderlik təşkil edir.
“Unutmayaq ki, bu gün Çin nəhəng iqtisadi yatırımlar üzrə dünya üzrə birincilərdəndir”, - V.Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanla bağlı demək olar ki, son illərdə Bakının ticarət tərəfdaşları siyasısında Pekin qabaqcıl yerlərdən birini tutur.
“Əgər 2013-cü ildə Bakı ilə Pekin arasında ticarət dövriyyəsinin həcmi 655 milyon dollar təşkil edirdisə, ötən ilin sonunda bu göstərici 761 milyon dollara yüksəlib”, - qeyd edən ekspert bildirib ki, Çin ixracının xeyrinə iqtisadimüstəvidə ciddi disbalans var. Məsələn, keçən il ərzində Çin məhsullarının Azərbaycana çatdırılması 697 milyon dollar təşkil edib.
İSİM sədri qeyd edib ki, tərəflərin lazımi iqtisadi əməkdaşlıq səviyyəsini təsdiq etmək hələ tezdir: “Eyni zamanda Azərbaycanın Çinə ixrac və investisiya məsələsində də istifadə olunmamış potensialı var”.
Ekspert xatırladıb ki, cari ilin yayında Azərbaycan Neft Fondu Çin iqtisadiyyatına, yuana 500 milyon dollar həcmində yatırım edib. Bütün bunlar prosesin davamlı olacağından xəbər verir.
Paralel olaraq,bu günlərdə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi fonunda Çinin Azərbaycana sərmayələrinin artması gözlənilir.
V.Bayramov əminliklə qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri yalnız iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün təkan olmayacaq, eyni zamanda beynəlxalq yükdaşımaların da inkişafına töhfə verəcək.
“Sirr deyil ki, beynəlxalq yükdaşımalar Azərbaycanın qeyri-neft sektorunun inkişafının prioritet sahəsidir. Bunun bariz nümunəsi olaraq, Azərbaycan dövlət başçısının Tranzit Yüklərinin Koordinasiya Şurasının yaranmasına qərar verməsi oldu. Bununla da, Prezident İlham Əliyev respublikanın regional nəqliyyat mərkəzinə çevrilməsi istiqamətindəvacib addım atmış oldu”, - eskpert bildirib.
Bu mənada ÇXR-nın sədri Si Çinpin vurğulayıb ki, Pekin Azərbaycana beynəlxalq yükdaşıma məsələsində əsas tərəfdaş kimi baxır.
V.Bayramov qeyd edib ki, Çindən Avopraya, eyni zamanda əksinə olaraq yüklərin tranzit axını Azərbaycanın dövlət büdcəsi üçün sanballı daxilolmalara səbəb olacaq.
“Dünyanın ən nəhəng iqtisadiyyatı ilə əlaqələrin genişləndirilməsi Bakının geosiyasi mövqelərinə müsbət təsir göstərəcək. Unutmayaq ki, Pekin gələn il “Böyük İyirmilik” sammitinə başçılıq edəcək. Beləliklə də rəhbərlik etdiyi müddətdə ÇXR yeni irimiqyaslı layihələrə də imza atacaq.
Unutmayaq ki, Çin Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür, eyni zamanda Azərbaycan da bu təşkilatda müşahidəçi statusuna malikdir. Bu təşkilat həm də böyük iqtisadi təşəbbüslərdə iştirak üçün tranplin rolunu oynayır. Bu cür təşkilatlarda iştirak etmək iqtisadiyyatın inkişafında çoxvektorlu siyasət yürüdən Azərbaycanın maraqlarına uyğundur”, - ekspert fikrini tamamlayıb.