AMB daha iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB daha iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Qafar Ağayev15:00 - 31 / 07 / 2025
AMB daha iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC və “Mpay” QSC elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı yoxlamalar nəticəsində hər iki şirkətdə qanunvericilik və normativ aktların tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən, "PulPal"a daxili nəzarət funksiyasının təkmilləşdirilməsi, risklərin idarə edilməsi sisteminin qurulması, kadr potensialını gücləndirilməsi, "Mpay"ə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Paylaş:
140

Son xəbərlər

Bütün xəbərlər