Azərbaycanın Çexiyadakı səfirliyi Həmrəylik Günü ilə bağlı tədbir keçirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Çexiyadakı səfirliyi Həmrəylik Günü ilə bağlı tədbir keçirib

15:43 - 30 / 12 / 2015
Azərbaycanın Çexiyadakı səfirliyi Həmrəylik Günü ilə bağlı tədbir keçirib

Azərbaycanın Çexiya Respublikasındakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə  bu ölkədə yaşayan həmvətənlərimiz üçün tədbir təşkil edib.

1news.az-a səfirlikdən verilən məlumata əsasən, tədbir zamanı çıxış edən səfir Fərid Şəfiyev Çexiyada yaşayan Azərbaycanlıları təbrik edib, həmvətənlərimizə müvəffəqiyyətlər arzulayıb, Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xoş istəklərini çatdırıb.

Daha sonra Azərbaycanın milli mətbəxinə aid müxtəlif yeməklər təqdim edilib və milli rəqs nümayiş etdirilib.

1news.az

 

Paylaş:
1027

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər