Müdafiə naziri: “Düşmən mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb” - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri: “Düşmən mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb” - FOTO

20:34 - 31 / 12 / 2015
Müdafiə naziri: “Düşmən mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb” - FOTO

Yeni tikilmiş və müasir avadalıqlarla tam təchiz edilmiş daha üç hərbi hissənin açılış mərasimləri keçirilib.

1news.az-ın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, Nazirliyin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrin açılışında iştirak edərək istifadəyə verilən qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi və digər inzibati obyektlər ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edib: "Silahlı Qüvvələrimiz daim Ali Baş Komandanımız cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Orduda həyata keçirilən islahatlar bütün istiqamətlər üzrə aparılır döyüş hazırlığı, şəxsi heyətin sosial-məişət şəraiti diqqət mərkəzində saxlanılır.

Silahlanmada olan bütün silah-sursat, döyüş texnikası, hərbi təyinatlı avadanlıqlar yenilənib və modernizə edilərək hərbi hissələrə çatdırılıb. Əsas diqqət ön xətdə yerləşən bölmələrə, cəbhəboyu zonadakı hərbi hissələrin təminatına və hazırlığına yönəldilib. Bütün bunlar şəxsi heyətin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədini daşıyır.

İl ərzində bütün istiqamətlərdə düşmənə vurulan zərbələr onu sarsıdıb. Cəbhədə çoxsaylı itki verən erməni tərəfi mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb.

Ordumuz hərbi təlimlərdə, praktiki məşqlərdə, təlim mərkəzləri və poliqonlarda döyüş hazırlığını daim artırır. Silahlı Qüvvələrimizin şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən bizə göstərilən etimadı doğrultmaqla torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırır".

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəxsi heyəti təbrik edən müdafiə naziri hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Həmin gün müdafiə naziri cəbhəboyu zonada yerləşən və tikintisi yekunlaşmaq üzrə olan digər hərbi hissələrdə olub, inşaat işlərinin sürətlə və keyfiyyətli aparılması ilə bağlı tapşırıqlarını verib.

 

 

 

Paylaş:
1098

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər