Kosta-Rika Azərbaycanda səfirlik açmaq niyyətindədir | 1news.az | Xəbərlər
Siyasət

Kosta-Rika Azərbaycanda səfirlik açmaq niyyətindədir

16:09 - 07 / 01 / 2016
Kosta-Rika Azərbaycanda səfirlik açmaq niyyətindədir

Kosta-Rika Respublikası 2016-cı ildə Azərbaycanda səfirlik açmaq niyyətini ifadə edib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada bildirilir.

Azərbaycan XİN-inin cavab notasında Kosta-Rika Respublikasının bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

1news.az

Paylaş:
778

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər