Rumıniya səfiri: “Bakı ilə Buxarestin ortaq maraqları var” | 1news.az | Xəbərlər
Siyasət

Rumıniya səfiri: “Bakı ilə Buxarestin ortaq maraqları var”

10:36 - 11 / 01 / 2016
Rumıniya səfiri: “Bakı ilə Buxarestin ortaq maraqları var”

“Bakı ilə Buxarest arasında yüksək səviyyəli dialoq var”.

Bu haqda jurnalistlərə Rumıniyanın Azərbaycandakısəfiri, NATO-nun rezident-əlaqələndiricisi Daniel Kristian Çobanu bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Rumıniya arasındakı münasibətlər yüksək səviyyədədir.

“Cari ildə yüksək səviyyədə rəsmi görüşlərin keçirilməsini planlaşdırırıq”, - deyən səfir sözlərinə əlavə edib ki, bu il əməkdaşlıq üçün daha uğurlu olacaq. Belə ki, tərəflərin qarşılıqlı maraqları var.

Çobanuəlavə edib ki, Rumıniyadan Azərbaycana ən böyük ixrac 2014-cü ildə olub.

“Ticarət, iqtisadiyyat və mədəniyyət əməkdaşlığımızın prioritetlərini təşkil edir”, - deyə səfir bildirib.

1news.az

Paylaş:
1136

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər