Almaniya səfiri: ATƏT-də Almaniya üçün əsas mövzu sülh və təhlükəsizlikdir | 1news.az | Xəbərlər
Siyasət

Almaniya səfiri: ATƏT-də Almaniya üçün əsas mövzu sülh və təhlükəsizlikdir

11:59 - 11 / 01 / 2016
Almaniya səfiri: ATƏT-də Almaniya üçün əsas mövzu sülh və təhlükəsizlikdir

“ATƏT-də Almaniya üçün əsas mövzu sülh və təhlükəsizliyin təmin olunmasıdır”-bu haqda Almaniyanın Bakıdakı səfiri Haydrun Tmepl jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Almaniya hökuməti dondurulmuş münaqişələrin həllinə, o cümlədən, Azərbaycanın cəlb olunduğu münaqişəyə diqqət ayıracaq.

“AFR ATƏT ölkələri arasında iqtisadi münasibətlərin inkişafına da xüsusi yer ayıracaq. Müxtəlif biznes-forum və konfransların keçirlməsi nəzərdə tutulur”, - deyə səfir bildirib.

Qeyd edək ki, Almaniya ATƏT yaranandan artıq 2-ci dəfədir ki, rəhbərliyi öz üzərinə götürüb. İlk dəfə bu ölkə 1991-ci ildə təşkilata sədrlik edib. Daha sonra sədrlik Serbiyaya həvalə edilib.

2017-ci ildə isə sədrlik Avstriyaya keçəcək.

1news.az

Paylaş:
602

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər