Azərbaycan Prezidenti ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək

11:24 - 12 / 01 / 2016
Azərbaycan Prezidenti ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək

Prezident İlham Əliyev mart ayının sonunda Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirakını təsdiq edib.

Bu haqda 1news.az “İnterfaks-Azərbaycan” agentliyinə istinadla xəbər verir. 

“Prezident İlham Əliyev amerikalı həmkarı Barak Obamanın dəvətinə müsbət cavab verib (Nüvə Təhlükəsizliyi Sammitində iştiraka dəvət - İF-Az). Prezidentin sammitdə iştirak edəcəyini təsdiq etməsi çox vacibdir - İF-Az). Azərbaycan nüvə təhlükəsizliyində mühüm rol oynayır”,- deyə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

O, həmçinin söyləyib ki, Bakı və Vaşinqton hər iki ölkə üçün qarşılıqlı faydalı və daha müsbət nəticələr verməsi üçün münasibətlərimizin möhkəmləndirilməsi üzərində işləyir.

1news.az

Paylaş:
898

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər