Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib
Xarici işlər naziri Elmar Məmmədyarov İstanbul şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.
1news.az-ın məlumatına görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib və terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib.
E.Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.
1news.az
1090