Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

17:05 - 14 / 01 / 2016
Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Yanvarın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nin mətbuat mərkəzindən 1news.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub. Hərbi-texniki, təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

DSX-nin rəisi Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin və sərhədlərimizin bir hissəsinin işğal altında qaldığını, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Söhbət zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan təhdidlər ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın uğurlu inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

1news.az

Paylaş:
537

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər