Ramil Usubov Çexiya səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Ramil Usubov Çexiya səfirini qəbul edib

17:58 - 14 / 01 / 2016
Ramil Usubov Çexiya səfirini qəbul edib

Yanvarın 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib.

1news.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Qonağa Daxili İşlər Nazirliyinin funksiyaları və fəaliyyət istiqamətləri, həmçinin, ölkədəki kriminogen durumla bağlı məlumat verilib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənəcəyinə, srateji tərəfdaşlığa dair ötən il imzalanmış birgə bəyannamənin əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdıran daxili işlər naziri hər iki dövlətin anoloji qurumları arasındakı əlaqələrin vaxtilə ATƏT-in Bakı Ofisi vasitəsilə yarandığını bildirib.

Qeyd olunub ki, hələ 2003-cü ilin iyun ayında adıçəkilən qurumla Daxili İşlər Nazirliyi arasında A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbə yardım göstərilməsinə dair imzalanmış protokola əsasən, sözügedən tədris ocağında bir sıra təmir-tikinti işləri aparılıb, təcrübə mübadiləsi və ixtisaslarının artırılması məqsədilə məktəbin müəllimləri müxtəlif vaxtlarda Çexiyada olublar.

Nazir əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu, bu məqsədlə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair saziş layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim edildiyini xatırladıb.

Səfir Vitezslav Pivonka səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

1news.az

Paylaş:
697

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər