İlk dəfə olaraq azərbaycanlı ABŞ-da rəsmi vəzifəyə seçilib
Siyasi elmlər doktoru, ABŞ-da Azərbaycanlılar Şəbəkəsinin təsisçi və direktorlar Şurasının (U.S. Azeris Network) və “Qarabağ” Fondunun (ABŞ) üzvü Adil Bağırov Dayton şəhərinin (Ohayo ştatı) Təhsil Şurasının rəhbəri seçilib.
1news.az Hurriyet qəzetinə istinadla xəbər verir ki, ABŞ-da Təhsil Şurası ən mötəbər dövlət qurumlarından biri hesab olunur.
Qəzetin yazdığına görə, Bağırov ilk azərbaycanlıdır ki, ABŞ-da rəsmi vəzifəyə seçilib.
Eyni zamanda qeyd olunur ki, ABŞ-da Azərbaycanlılar Şəbəkəsinin təsisçi və direktorlar Şurası Daytonun Təhsil Şurasının tərkibinə hələ 2013-cü ildə daxil olub. Və son iki ildə şuranı Texnologiyalar Komitəsi idarə edib.
Məhz Bağırov dövlər hesabına olan məktəblərin xərclərinin şəffaflığı layihəsinin təşəbbüsçüsüdür.
Daytonun Təhsil Şurasının büdcəsi 500 milyon dollar təşkil edir. Eyni zamanda şura 14 min nəfərin təhsil aldığı məktəbləri idarə edir.
1news.az