BMT-də Azərbaycanın və 7-ci Qlobal Forumun təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Siyasət

BMT-də Azərbaycanın və 7-ci Qlobal Forumun təqdimatı keçirilib

12:12 - 19 / 01 / 2016
BMT-də Azərbaycanın və 7-ci Qlobal Forumun təqdimatı keçirilib

BMT-nin Baş qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda iclası keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə BMT-yə və Sivilizasiyalar alyansının dostlaq qrupuna daxil olan ölkələrin rəsmiləri iştirak ediblər.

İclasda 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı, rəsmi internet səhifəsi və təşkilatı məsələləri müzakirə edilib.

İclasda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abduləziz əl Nassir hazırda ekstermizimin qarşısının alınması və müxtəlif mədəniyyətlər, dinlərin təmsilçiləri arasında dialoq və sülhün möhkəmləndirilməsi üçün BMT-yə üzv olan ölkələr öz səylərini daha da artırmalı olduqlarını bildirərək, bu istiqamətdə BMT Sivilizasiyalar Alyansına dəstəyə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib, habelə 7-ci Qlobal Forumun Bakıda ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə çıxış edərək Foruma hazırlığın vəziyyəti, internet portalından istifadə qaydaları, Azərbaycanın müasir mədəniyyətlərarası proseslərdə rolu barədə çıxış edərək iştirakçılara ətraflı məlumat təqdim edib.

Tədbirdə mədəniyyət və turizm naziri, 7-ci Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin video müraciəti və Azərbaycan haqqında təqdimat filmi də nümayiş etdirilib.

İclasda həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib və qeyd edilib ki, bu addım 7-ci Qlobal Forumun əhəmiyyətini daha da artırıb.

1news.az

Paylaş:
737

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər