Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin görüşünün tarixi məlum olub
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü fevralın 19-na təyin olunub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş Gürcüstanda keçiriləcək.
Xatırladaq ki, sözügedən görüşün vaxtı bir neçə dəfə açıqlansa da, təxirə salınmışdı.
1news.az
744