Əhməd Davudoğlu: “Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələr bölgə üçün təhlükə yaradır”
"Həssas dövlətlər, terror təhlükəsi və dondurulmuş münaqişələr Türkiyə ətrafında təhlükəli vəziyyət yaradır".
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu Davosda keçirilən ənənəvi Dünya İqtisadi Forumunda çıxışında bildirib.
Türkiyənin stabillik istədiyini deyən Baş nazir nə vaxt fəallaşacağı məlum olmayan Abxaziya, Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələrin mövcudluğuna diqqət çəkib. O, bu münaqişələrin bölgədə təhlükəli vəziyyətin yaranmasına gətirib çıxara biləcəyini vurğulayıb.
1news.az
701