Rusiya XİN-i: “Dağlıq Qarabağla bağlı heç bir “Lavrov sənədi” yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN-i: “Dağlıq Qarabağla bağlı heç bir “Lavrov sənədi” yoxdur

15:00 - 26 / 01 / 2016
Rusiya XİN-i: “Dağlıq Qarabağla bağlı heç bir “Lavrov sənədi” yoxdur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, qondarma Dağlıq Qarabağ münaqişəsinin nizamalanması təşəbbüsü ilə bağlı hər hansı “Lavrov sənədi” yoxdur, sadəcə olaraq ATƏT tərəfindən verilən sənədlər var, qalanları isə – beyin həmləsidir.

“Bir neçə sənəd var, onların da sayı 5 ədəddir. Bu sənədləri həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması zamanı danışıqların müxtəlif mərhələlərində hazırlayıblar. Bunlar da münaqişənin nizama salınmasının əsas prinsipi olaraq ilk addım kimi tərtib edilib”, - S.Lavrov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bildirib.

O, sözlərinə aydınlıq gətirib ki, bu prinsiplər əsasında hüquqi xarakter daşıyan sülh sazişi hazırlanacaq. 

“Bu sənədlərin müxtəlif versiyaları həmsədrlər tərəfindən ATƏT-in baş katibinə təhvil verilib. Təhvil kimi bu sənədlər təşkilatın seyflərində saxlanılır. Bunlar yeganə kağızlardır ki, onları sənəd adlandırmaq olar”, - nazir sözlərinə əlavə edib.  

“ATƏT-ə təhvil verilən həmin sənədlərdən savayı digər sənəd yoxdur. Qalanları isə – axtarışdır, dediyim kimi, beyin həmləsidir”, - Lavrov bildirib.

Интерфакс

 

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər