İtaliya prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

İtaliya prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri ilə görüşüb

16:58 - 28 / 01 / 2016
İtaliya prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri ilə görüşüb

Yanvarın 27-də İtaliyanın prezidenti Sergio Mattarella Prezident Sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzin nümayəndə heyətini qəbul edib. Qəbulda həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov da iştirak edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən1news.az-a verilən xəbərə görə, qəbul mərasimi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan "Dinlərarası Dialoq Yolu ilə Radikallaşma və Ekstremizmə Cavab"  mövzusunda yüksək səviyyəli hazırlıq görüşü çərçivəsində baş tutub.

Mərasimdə nitq söyləyən İtaliya  prezidenti Sergio Mattarella müasir dünyadaanti-tolerantlıq, zorakılıq,  fərqlilərə qarşı nifrətə yer olmadığını qeyd edərək, daha yaxşı dünya üçün  bu kimi qlobal problemlərin aradan qaldırılmasının zəruri olduğunu bildirib.  Prezident Orta Şərqdə, Afrikanın bəzi ölkələrində dağıntılara, Avropanın bəzi şəhərlərində ölümlərə səbəb olanbu problemlərə qarşı mümkün olan bütün yollarla mübarizə aparmağın vacibliyini vurğulayıb.

“Dinlərarası dialoq və hörmət birgə yaşayışın mühüm elementidir. Terrorizm həm dəsivilizasiyalar alyansına ziddir”- deyə İtaliya prezidenti bildirib.

Prezident sonda öz çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları ilə bitirib.

Qəbulda iştirak edənlər sırasında Bolqarıstan prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti Giorge İvanov, İSESKO-nun Baş direktoru Əbdüləziz Əl-Tuveyrci, İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya,Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri də yer alıb.

1news.az

Paylaş:
767

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər