Səyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsini təklif edib
“Yeni Azərbaycan” partiyasında icraçı katibin müavini, deputat Səyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik olunmasını təklif edib.
1news.az xəbər verir ki, parlament iclasında çıxışı zamanı S.Novruzov qeyd edib ki, bəzi partiyalar MSK-ya maliyyə hesabatlarını təqdim etmir.
“Təassüf ki, qanunda partiyalara maliyyə hesabatını təqdim etməyi məcbur edən mexanizmlər yoxdur”, -deyə, o, bildirib.
Onu sözlərinə görə bəzi partiyalar hesabah əvəzinə boş vərəq göndərir. Bununla sanki göstərmək istəyirlər ki, onların heç bir maliyyəsi yoxdur.
“Əgər Partiyanın maliyyəsi yoxdursa, partiya sədri nəyin hesabına 4-5 cangüdən saxlayır, bahalı maşınlarda gəzir?”, - deputat deyib.
S.Novruzov bildirib ki, şəffaflıq yaratmaq üçün “Siyasi partiyalar haqqında qanun”a dəyişiklik olmalıdır.
1news.az