ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

20:25 - 04 / 02 / 2016
ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildiriblər.

Məlumata görə, konqresmen Peyn bəyanatında 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın öz həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.

Bəyanatda bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərini də çağırış əks olunub.

Konqresmen Peyn sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

1news.az

 

Paylaş:
1038

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər