Tanınmış çilili jurnalist “Xocalı adlı Azərbaycan şəhərinin dəhşətli tarixi” başlıqlı məqalə yazıb | 1news.az | Xəbərlər
Siyasət

Tanınmış çilili jurnalist “Xocalı adlı Azərbaycan şəhərinin dəhşətli tarixi” başlıqlı məqalə yazıb

10:11 - 09 / 02 / 2016
Tanınmış çilili jurnalist “Xocalı adlı Azərbaycan şəhərinin dəhşətli tarixi” başlıqlı məqalə yazıb

Çilidə televiziya və radio jurnalisti kimi tanınan, Santiaqonun “Andres Bello” Universitetinin professoru Markos Borkoski Paezin Çilinin “Cambio 21” xəbərlər portalında “Xocalı adlı Azərbaycan şəhərinin dəhşətli tarixi” başlıqlı yazısı dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yazı Azərbaycanın Çilidəki diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyevin Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan “613” adlı məqaləsi əsasında hazırlanıb.

Məqalədə M.Borkoski O.Hacıyevlə tanış olması və onunla söhbəti əsnasında Xocalı soyqırımı barədə eşitdiyi dəhşətli faciənin təfərrüatıdan bəhs edir. Jurnalist, diplomatın sözlərinə istinadən, Xocalı soyqırımını 20-ci əsrin ən qəddar faciələrindən biri adlandırıb, bu tarixin Azərbaycanda hər il qeyd olunduğunu söyləyib.

Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalıda azərbaycanlılara qarşı etnik təmizlənmə aparıb. Soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, həmçinin 106 qadın, 83 uşaq qətlə yetirilib.

Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

1news.az

Paylaş:
788

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər